Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı (My Start)
Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq, Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı həyata keçirilir.ətraflı...





Haqqımızda
Bu təqaüd proqramı 2024-cü ildə 15 yaşdan yuxarı şəxslərin yaradıcı potensialını inkişaf etdirmək, ölkədə MYS və mədəniyyətin müxtəlif sahələri üzrə əmək bazarındakı rəqabət qabiliyyətli işçi qüvvəsi ehtiyaclarını qarşılamaq məqsədilə yaradılmışdır.
Təqaüd proqramı çərçivəsində aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə təqaüd təmin edilir:
- Audiovizual
- Dəb sənəti
- Dizayn
- Kuratorluq
- Memarlıq
- Tədbirlərin təşkili
- Mədəni və yaradıcı sahə üzrə menecment
- Nəşriyyatlarla işin təşkili
- Oyun sənayesi
- Teatr, komediya və performans
- Yaradıcı texnologiyalar
Təqaüd Proqramı çərçivəsində bu siyahıda yer alan ixtisaslaşma istiqamətləri üzrə praktiki sahibkarlıq və menecment bacarıqlarının öyrədilməsini nəzərdə tutan proqramlar üzrə təqaüdün ayrılması nəzərdə tutulur.

Elanlar və xəbərlər

Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı çərçivəsində təhsil alan təqaüdçülərimiz
“My Start” təqaüdçülərinin hazırda təhsil aldıqları ölkələr
2024-2026
